22:09 24-06-2021
news_image
367
FUTBOL

Yenə qələbə qazana bilmədi - “Neftçi”

Azərbaycan çempionu “Neftçi” Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” hazırlıq çərçivəsində bu gün ikinci yoxlama görüşünü keçirib.

Samir Abasov yerli klub “Domjale” ilə görüşdə yetirmələrini sınayıb. Matçda hesabı təmsilçimiz açıb. Namiq Ələsgərov 24-cü dəqiqədə "Neftçi"ni önə keçirib. Lakin qısa müddət ərzində sloveniyalılar nəinki hesabı bərabərləşdirib, hətta önə də keçib. İkinci hissədə bu üstünlüyünü qoruyan "Domjale" görüşdən qalibiyyətlə ayrılıb. 

Qeyd edək ki, ilk yoxlama görüşündə Lyublyana “Olimpiya”sı ilə 1:1 hesablı heç-heçə edən “Neftçi” iyunun 29-da Moskva “Spartak”ı (Rusiya) ilə qarşılaşacaq.

Yoxlama görüşü
24 iyun
20:00. “Domjale” (Sloveniya”) – “Neftçi” - 2:1

Jiqa Repas, 33, 36 - Namiq Ələsgərov, 24