09:00 25-06-2021
news_image
96
FUTBOL

Ölkəsinə qayıdır – “Səbail”in futbolçusu

“Səbail”in yarımmüdafiəçisi Hendrik Ekşteyn Cənubi Afrika Respublikasına qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bu barədə futbolçunun ölkəsinin mətbuatı xəbər yayıb.

Bildirilib ki, “Səbail”lə müqavilə müddəti başa çatan 30 yaşlı hücumameyilli oyunçu Cənubi Afrika Yüksək Liqasında çıxış edən klublarla danışıq aparır. Onun hətta “Səbail”dən ayrıldığı və azad agent statusu daşıdığı da vurğulanıb. Lakin Ekşteynin hansı klublarla danışıq apardığı bildirilməyib.

Qeyd edək ki, 2019-cu ildən “Kayzer Çifs”dən “Sabah”a keçən Hendrik Ekşteyn ötən ilin yayında “Səbail”lə müqavilə bağlamışdı.