09:11 25-06-2021
news_image
124
FUTBOL

Boliviya qrupda qaldı, daha üç komanda 1/4 finalda – Amerika kubokunda

Braziliyada keçirilən Amerika kubokunda növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, A qrupunda IV turun matçları baş tutub.

Boliviya 3-cü məğlubiyyətini Uruqvaydan alıb. Bu yenilgidən sonra boliviyalıların qrupda qalması rəsmiləşib. Bu isə Argentinanın ardından daha üç komandanın 1/4 finala vəsiqə qazanmasına səbəb olub.

Günün digər matçında Çili Paraqvaya uduzub. Qrupun iyunun 28-də baş tutacaq görüşləri komandaların yerləri baxımından əhəmiyyət daşıyır. Həmin gün Uruqvay Paraqvayla görüşəcək, Argentina Boliviyanı sınağa çəkəcək.

Amerika kuboku
A qrupu, IV tur
24 iyun

Boliviya – Uruqvay – 0:2
Lampe, 40 (avtoqol), Kavani, 79
Çili – Paraqvay – 0:2
Samu, 33, Almiron, 58 (pen.)

1

Argentina

3

2

1

0

3-1

7

2

Paraqvay

3

2

0

1

5-2

6

3

Çili

4

1

2

1

3-4

5

4

Uruqvay

3

1

1

1

3-2

4

5

Boliviya

3

0

0

3

1-6

0