09:58 25-06-2021
news_image
187
FUTBOL

Azərbaycan millisinin olmadığı siyahı – Niderland hamıdan öndə

Qrup mərhələsi başa çatan AVRO-2020-də nəinki penta-trik və ya poker, hətta het-trik də qeydə alınmayıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmalarına əsasən, Avropa çempionatlarında tarixində 137 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qol vurub.

8 dəfə penta-trik, 23 dəfə poker və 118 dəfə het-trik gerçəkləşib. Bunlardan 129-u seçmə, 8-i final mərhələlərinə təsadüf edib.

İlk belə hadisə 1959-cu il dekabrın 19-da baş verib. Fransalı Jüst Fonten Avstriyaya qənim kəsilib.

Ən sürətli het-trik 44-48-ci dəqiqələrdə fərqlənən türkiyəli Arif Ərdəmə məxsusdur. O, AVRO-2000-də Şimali İrlandiyanı üç dəfə məyus edib.

İrlandiyalı Robbi Kin isə ən erkən het-trikə imza atıb. O, Cəbəllütariqlə AVRO-2016-nın seçmə matçında 18-ci dəqiqəyədək 3 qol vurub.

Het-trikə sevinən yeganə müdafiəçi Kosmin Kontradır. O, Lüksemburqla AVRO-2004-ün seçmə matçında tarixə düşüb.

Polşalı Yanuş Jmievski Avropa çempionatlarında yalnız bir matça çıxıb və həmin görüşdə Belçikaya üç qol vurub.

Bir oyunda 3 və daha çox qol vuran futbolçuların ölkələr üzrə sıralaması da bəllidir. İndiyədək 35 yığmanın futbolçuları bunu bacarıb. Bu ölkələrdən ikisi – ADR və Yuqoslaviya artıq yoxdur. 

Bu, o deməkdir ki, hazırda UEFA üzvü olan 55 ölkədən 33-nün oyunçuları het-trik, poker və ya penta-trikə imza atıb. Bu siyahıda Farer adaları, Litva kimi qeyri-futbol ölkələri olsa da, Azərbaycan yoxdur. Ümumiyyətlə millimizin tarixində het-trik edən olmayıb.

Ən çox het-trik Niderland yığmasının payına düşür. “Narıncılar” 12 belə uğura sevinib.

AVRO-1988-dən başlayaraq AVRO-2004-ə qədər ardıcıl 5 turnirdə ən azı bir niderlandlı eyni görüşdə minimum üç qol vurub. 5 çempionatı əhatə edən bu seriya rekorddur. Sonradan bu göstəricini Rusiya təkrarlayıb. Şimal qonşularımızın AVRO-2004-dən başlayan seriyası davam etməkdədir və AVRO-2024-də mütləq rekorda çevrilə bilər.

yer

ölkə

5

4

3

s

f

Cəmi

1

Niderland

1

1

10

10

2

12

2

İspaniya

 

4

7

10

1

11

3

İngiltərə

1

 

8

9

 

9

4

Almaniya

 

2

6

6

2

8

5

Portuqaliya

 

1

6

6

1

7

6

Macarıstan

1

 

5

6

 

6

7

Polşa

 

1

5

6

 

6

8

Rusiya

 

2

3

5

 

5

9

İrlandiya

 

1

4

5

 

5

10

İsrail

 

 

5

5

 

5

11

Fransa

 

 

4

2

2

4

12

ADR

 

1

3

4

 

4

 

İtaliya

 

1

3

4

 

4

14

Danimarka

 

 

4

4

 

4

 

Rumıniya

 

 

4

4

 

4

 

Ş.İrlandiya

 

 

4

4

 

4

 

Avstriya

 

 

4

4

 

4

18

Xorvatiya

 

1

2

3

 

3

19

Belçika

 

 

3

3

 

3

 

Yuqoslaviya

 

 

3

3

 

3

 

Yunanıstan

 

 

3

3

 

3

 

Şotlandiya

 

 

3

3

 

3

23

Türkiyə

 

1

1

2

 

2

 

Finlandiya

 

1

1

2

 

2

 

Bosniya H.

 

1

1

2

 

2

26

Çexiya

 

 

2

2

 

2

 

İsveçrə

 

 

2

2

 

2

 

İsveç

 

 

2

2

 

2

 

Kipr

 

 

2

2

 

2

30

Uels

 

1

 

1

 

1

31

Farer a-rı

 

 

1

1

 

1

 

Litva

 

 

1

1

 

1

 

Gürcüstan

 

 

1

1

 

1

 

Sloveniya

 

 

1

1

 

1

 

Ukrayna

 

 

1

1

 

1

Qeyd: 5 – penta-trik, 4 – poker, 3 – het-trik, s – seçmə mərhələ, f – final mərhələsi