11:22 25-06-2021
news_image
77
FUTBOL

Premyer Liqa klubundan imtina etdi – Favr

Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Lüsyen Favr İngiltərənin “Kristal Pelas” klubunu çalışdırmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, isveçrəli mütəxəssis London təmsilçisi ilə şifahi razılıq əldə etsə də, son anda qərarını dəyişib.

Klubla Favr arasında 3 illik müqavilə barədə əldə olunmuşdu. Lakin məşqçi İngiltərə təmsilçisinə rəhbərlik etmək istəməyib.

Qeyd edək ki, son 4 ildə “Kristal Pelas”ı Roy Hocson çalışdırıb.