11:56 25-06-2021
news_image
164
TOKİO-2020

80 faizi peyvənd olunub - olimpiyaçılarımızın

Azərbaycanın Olimpiya komandasının təxminən 80 faizi koronavirusa qarşı peyvənd vurdurub.

Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov deyib.

O bildirib ki, koronavirusa yoluxan idmançı diskvalifikasiya olunmayacaq. Həmin idmançı ya ölkəyə qayıdacaq, ya da sağaldıqdan sonra mübarizəni davam etdirməlidir: “ Hər bir idmançı çıxışını başa vurduqdan sonra isə Tokionu tərk etməlidir. Onlar 48 saat vaxt veriləcək. Evə qayıtmaq üçün də testin nəticəsi neqativ çıxmalıdır”.

Bağırov əlavə edib ki, koronavirusa yoluxan şəxs yarış bitdikdən sonra da sağalmasa, Tokioda qalacaq və komanda ilə birlikdə Azərbaycana qayıtmayacaq.