11:59 25-06-2021
news_image
92
TOKİO-2020

Tokioda idmançının testinin nəticəsi ilə razılaşmaya bilər - komandalar

Tokio-2020 Yay Olimpiya Oyunlarında yerli qurumlar idmançıların test nəticələrinə təsir edə bilməz.

Apasport.az saytı xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan tədbirdə məlumat verilib.

Bildirilib ki, komandalar Yaponiyada hər hansı bir idmançının koronavirus testinin nəticəsi ilə razılaşmaya bilər və yenidən test tələb etmək hüququna malik olacaq.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.