12:05 25-06-2021
news_image
197
AVRO-2020

Rəsmi geyim təqdim olundu - Olimpiya yığmamızın

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının geyinəcəyi rəsmi geyim təqdim olunub.

Apasport.az xəbər verir ki, bu forma Milli Olimpiya Komitəsinin inzibati binasında Olimpiadaya həsr olunan tədbirdə göstərilib.

Bildirilib ki, yarış dönəmində komandalar məhz rəsmi geyimdə olmalıdırlar.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.