13:33 25-06-2021
news_image
182
FUTBOL

Transferi razılaşdırıldı – millinin qapıçısının

Portuqaliya millisinin qapıçısı Rui Patrisionun “Roma”ya keçidi ilə bağlı razılıq əldə olunub.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Vulverhempton” klubu 33 yaşlı qolkiperin transferindən 7 milyon avro əldə edəcək.

Premyer Liqa təmsilçisi portuqaliyalının uğurlu çıxışı sayəsində əlavə bonuslar da qazana bilər. Patrisionun illik maaşı isə 2,7 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Rui 2018-ci ildən “Vulverhempton”in formasını geyinir.