13:58 25-06-2021
news_image
176
FUTBOL

100 milyonluq transfer - “Mançester Siti”dən

“Aston Villa”nın yarımmüdafiəçisi Cek Qriliş komandasını dəyişir.

Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 26 yaşlı hücumameyilli oyunçu karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındır.

Hazırda İngiltərə millisinin düşərgəsində olan Qriliş “şəhərlilər”lə hərtərəfli anlaşıb. Klublar arasında danışıqların da tezliklə müsbət nəticələnməsi gözlənilir. Premyer Liqa çempionu bu keçid müqabilində qarşı tərəfə 100 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Cek Qriliş ötən mövsüm Premyer Liqada 26 oyun keçirib, 6 qola imza atıb.