11:19 27-06-2021
news_image
176
AVRO-2020

Çexiyadan üstünlük – Niderland üzərində

Bu gün baş tutacaq AVRO-2020-nin 1/8 final mərhələsinin Niderland – Çexiya matçı iki rəqib arasında 12-ci duel olacaq.

Apasport.az saytının məlumatına görə, indiyədək komandalar arasında 11 oyun baş tutub.

Çexiya yığması əvvəlki görüşlərdə üstünlüyə malikdir. 5 qələbəsi olan yığma 3 heç-heçə edib və 3 məğlubiyyət alıb. Top fərqi də bu üstünlüyü əks etdirir – 16-14.

Niderland son iki qarşılaşmada uduzub. Son görüş isə 6 il öncə baş tutub.

AVRO-1996-nın seçmə mərhələsi
16.11.1994. Niderland – Çexiya – 0:0
26.04.1995. Çexiya – Niderland – 3:1
Yoldaşlıq oyunu
13.11.1999. Niderland – Çexiya – 1:1
AVRO-2000
11.06.2000. Niderland – Çexiya – 1:0
AVRO-2004-ün seçmə mərhələsi
29.03.2003. Niderland – Çexiya – 1:1
10.09.2003. Çexiya – Niderland – 3:1
AVRO-2004
19.06.2004. Niderland – Çexiya – 2:3
DÇ-2006-nın seçmə oyunu
08.09.2004. Niderland – Çexiya – 2:0
08.10.2005. Çexiya – Niderland – 0:2
AVRO-2016-nın seçmə mərhələsi
09.09.2014. Çexiya – Niderland – 2:1
13.10.2015. Niderland – Çexiya – 2:3