17:39 25-06-2021
news_image
189
AVRO-2020

“Ronaldonun davranışı qıcıqlandıra bilər” – italiyalı məşqçi

“Ronaldo dahi çempiondur”.

Apasport.az saytının məlumatına görə, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis AVRO-2020-nin qrup mərhələsinin I turunda qarşılaşdıqları Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldodan narazılığını açıqlayıb: “Bəzən onun davranışı qıcıqlandıra bilər. Bizə penalti vuranda elə sevinirdi ki, sanki Avropa çempionatının finalıdır. İnsanlar buna da diqqət yetirirlər”.