22:48 25-06-2021
news_image
168
FUTBOL

“Zidan hələ “Real”a qayıdacaq” – Peres and içdi

“Onu çox sayda zədələrlə zəngin ağır mövsümdə mətbuat yordu”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres deyib.

O, komandanın sabiq baş məşqçisi Zinəddin Zidanın postundan gedişinin təfərrüatlarını açıqlayıb: “Mən ona həmişəki kimi yaxşı yanaşıram. Düşünürəm ki, o, hələ “Real”a qayıdacaq. Mən Zidanı yaxşı tanıyıram. Bu, ağır il idi. Onun qalması üçün mübarizə apardım. Onun vida məktubunu da oxumamışam. Öz nəvələrimin canına and içirəm. Bu məktubu dəqiq Zidan yazmayıb. Ona ən yaxşısını arzulayıram. O, “Real”ın əfsanəsidir. Biz hamımız onun xidmətlərini tanıyırıq. Zidan Fransa yığmasını çalışdırmağı xəyal edir. Onda hər şey də alınacaq”.