09:58 26-06-2021
news_image
111
AVRO-2020

Finalın İngiltərədən alınmasını istəyir – italyanlar

İtaliya hökuməti AVRO-2020-nin yarımfinal və final matçlarının İngiltərədən alınmasında israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, baş nazir Mario Draqidən sonra səhiyyə naziri Roberto Sperantsa da UEFA-ya xəbərdarlıq göndərib.

Sperantsa İngiltərədə koronavirusa yoluxma sayının artdığını əsas götürərək, son matçların Londonda keçirilməsinə qarşı olduqlarını söyləyib: “Düşünürəm ki, İngiltərədə yoluxmanın sayı artmağa davam edərsə, Draqinin sözləri sağlam düşüncəni nümayiş etdirəcək. 11 iyula hələ çox var. Buna görə də, səlahiyyətli qurumlar vəziyyəti yoxlamaq və qiymətləndirmək üçün lazımi zamana sahib olacaq”.

Qeyd edək ki, İtaliya 1/8 final mərhələsində Avstriya ilə “Uembli” stadionunda qarşılaşacaq. Hər iki komandanın azarkeşlərindən Londona getməmək istənilib.