10:49 26-06-2021
news_image
146
FUTBOL

Arda Turanla bağlı qərarını verdi - “Qalatasaray”

“Qalatasaray”ın futbolçusu Arda Turanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi sevimli komandasındakı çıxışını davam etdirəcək.

Fatih Terim baş məşqçi postunda qaldıqdan sonra Ardanın da qalmasını istəyib. Futbolçu ilə bununla bağlı danışıqlar müsbət nəticələnib. Türkiyə millisinin sabiq üzvü tezliklə “cim-bom”la 1+1 il formatında müqavilə imzalayacaq.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Arda Turan ötən il yenidən “sarı-qırmızılılar”a qayıdıb.