11:13 26-06-2021
news_image
174
FUTBOL

Türkiyə klubuna keçidi rəsmiləşdi - Vüsal İsgəndərlinin

“Keşlə”nin sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərlinin “Ankara Keçiörengücü”yə keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı hücumameyilli oyunçu ilə müqavilə imzalanıb. Azərbaycan millisini üzvü birinci liqa təmsilçisi ilə 3 illik sazişə qol çəkib.

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsüm “Keşlə”nin heyətində Azərbaycan Premyer Liqasında 26 oyun keçirib, 3 qol vurub.