12:05 26-06-2021
news_image
241
FUTBOL

Millimiz gerilədi – FİFA reytinqində

FİFA qadın futbolçulardan ibarət milli komandaların növbəti reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması əvvəlki siyahı ilə müqayisədə geriləyib.

Millimiz 10 reytinq xalı itirib və 1 pillə geriləyib. Qadınlarımız aktivindəki 1311 xalla 78-ci sırada qərarlaşıb.

Qardaş ölkə Türkiyə yığması 1363 xalla 69-cu pillədə qərar tutur.

167 ölkənin yer aldığı siyahıya ABŞ (2200 xal) başçılıq edir. Almaniya 2089 xalla 2-ci pillədəki mövqeyini qoruyubsa, Niderland ilk “üçlüy”ü tərk edib. Əvəzində Fransa 2030 xalla üçüncü yerə yüksəlib.