13:20 26-06-2021
news_image
243
FUTBOL

Ruslan Abışovun transferi açıqlandı - YENİLƏNİB

“Zirə” Ruslan Abışovun keçidini təsdiqləyib.

Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə 33 yaşlı müdafiəçi ilə müqavilə imzalandığını açıqlayıb.

Ötən mövsüm başa çatdıqdan sonra “Sabah”la yollarını ayıran milli komandamızın sabiq üzvü yeni klubu ilə 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Ruslan Abışov daha əvvəl ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Keşlə", "Sabah", həmçinin Rusiyanın "Rubin" klubunun şərəfini qoruyub. O, Azərbaycan millisinin heyətində 59 matçda 4 dəfə fərqlənib.

***

Saat. 12:20.

"Sabah"dan ayrılan Ruslan Abışovun yeni klubu məlum olub.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, millimizin sabiq üzvü "Zirə" ilə anlaşıb. Paytaxt təmsilçisi onunla bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, son mövsümü "Sabah"da keçirən 33 yaşlı müdafiəçi 5 oyunda meydana çıxıb. Təcrübəli futbolçu 56 dəfə Azərbaycan milli komandasının formasını geyinib və 5 dəfə fərqlənməyi bacarıb.