12:43 26-06-2021
news_image
117
FUTBOL

MLS-dən təklif - Beylə

Uels millisinin hücumçusu Qaret Beyl karyerasını MLS-də davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Real”ın forvardı “Los Anceles Qalaksi”nin maraq dairəsindədir.

Amerika klubu 31 yaşlı ulduz futbolçunun mümkün transferi ilə bağlı danışıqlara başlayıb. Los Anceles təmsilçisinin nümayəndələri qısa müddətdə bu keçidi reallaşdırmaq niyyətindədir. Onlar AVRO-2020 bitməmiş Beyllə ortaq məxrəcə gəlməyə çalışır. Hətta ehtiyac yaranarsa, nümayəndələrin onunla şəxsən görüşmək üçün Uels yığmasının məskunlaşdığı məkana yollanması da istisna deyil.

Qeyd edək ki, Qaret Beyl “Tottenhem”lə icarə müddəti bitdiyi üçün “Real”a qayıtsa da, “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti onun xidmətində maraqlı deyil.