13:10 26-06-2021
news_image
1647
FUTBOL

“Qarabağ”ın Braziliyadakı tapıntısı – YALNIZ BİZDƏ

“Qarabağ”ın transfer gündəmində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Braziliyadan vinger gətirmək niyyətindədir.

Baş məşqçi Qurban Qurbanovun maraq dairəsində olan oyunçulardan biri də “Botafoqo”nun sağ cinah oyunçusu Marsinyodur. Bu ilin martında “Qoyas”ya keçən 26 yaşlı oyunçu mümkün keçidi ilə bağlı müzakirə aparılır. Yeganə problem futbolçunun klubu ilə gələn ilin sonuna qədər müqaviləsinin olmasıdır. Ancaq Marsinyonun B seriyası təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkməsi onun Azərbaycana gəlişinə təkan ola bilər.

Qeyd edək ki, tam adı Marsio Antonio de Sousa Junior olan futbolçu hücumun hər iki cinahı ilə yanaşı, pleymeyker mövqeyində də çıxış edə bilir. O, “Botafoqo”nun heyətində ümumilikdə 6 matçda iştirak edib.