13:38 26-06-2021
news_image
152
FUTBOL

5 saatlıq istirahət üçün yarım milyon ödədi – Haland

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland ötən mövsümün yorğunluğunu Yunanıstanın Mikonos adasında çıxıb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu cəmi 5 saat ərzində yarım milyon avrodan çox pul xərcləyib.

20 yaşlı futbolçu dostları ilə şam yeməyinin 500 min avroluq xərcini özü ödəyib. Ziyafətdə dörd ədəd “Cristal Vintage” şampanından istifadə olunub. Həmçinin norveçli oyunçu bu müddətdə 30 min avroya avtomobil kirayə götürüb.

Qeyd edək ki, Erlinq Haland ötən mövsüm 41 oyunda 41 qol vurub.