13:37 26-06-2021
news_image
131
AVRO-2020

Budapeştə səfəri təxirə salındı – Çexiya millisinin

AVRO-2020-nin 1/8 final mərhələsində Niderlandla qarşılaşacaq Çexiya millisi problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, komanda matçın keçiriləcəyi Budapeştə yollana bilməyib.

Buna səbəb təyyarənin rezin pilləkəninin səhvən şişirdilməsi olub. Bu da çexiyalıların səfərlərinin bir müddətlik təxirə salınmasına səbəb olub.

Qeyd edək ki, sabah keçiriləcək Niderland – Çexiya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.