14:44 26-06-2021
news_image
229
FUTBOL

Mbappe üçün rəsmi təklif – İngiltərədən

“Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappeni heyətinə cəlb etmək fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bununla bağlı hətta ilkin təmas da qurub.

“Mersisaydlılar” Fransa klubunun rəsmiləri ilə əlaqə saxlayaraq, transferlə bağlı rəsmi təkliflərini də ediblər. PSJ hələlik konkret cavabını bildirməyib. Ancaq 23 yaşlı forvard “Real”ın formasını geyinmək arzusundadır.

Qeyd edək ki, Kilian Mbappe klubun yeni müqavilə təklifini qəbul etmədiyindən, PSJ onu 150 milyon avroya satmağı planlaşdırır. Onun parislilərlə sözləşmə müddəti gələn ilin yayına qədərdir.