16:19 26-06-2021
news_image
135
FUTBOL

“Real”ın yetirməsini istəyir – “Barselona”

“Barselona” müdafiənin sol cinahına oyunçu axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Junior Firpodan narazı qalan Kataloniya klubu Jordi Albaya layiqli rəqib tapmağa çalışır.

Firponu satmağı planlaşdıran La Liqa təmsilçisi yaranacaq boşluğu “Çelsi”nin oyunçusu Markos Alonso ilə doldurmaq istəyir. 31 yaşlı oyunçu özü də “Barsa”ya keçməkdə maraqlıdır. “İnter”in də marağına baxmayaraq, İspaniya millisinin üzvü məhz “Barselona”nın təklifini dəyərləndirməyi düşünür.

Qeyd edək ki, “Çelsi” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Markos Alonso ötən mövsüm Premyer Liqada 13 oyun keçirib, 2 qol vurub. Alonso “Barselona”nın əzəli rəqibi “Real”ın yetirməsidir.