17:11 26-06-2021
news_image
148
AVRO-2020

Qrupdakı hər üç oyunda qol vuranlar – Avropa çempionatlarında

Portuqaliya millisinin AVRO-2020-də qrupdan çıxmasında böyük rol oynayan Kriştiano Ronaldo “ölüm qrupu”nda rəqib qapılarından 5 top keçirib.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı superulduz qrupdakı hər üç matçda qol vurmağa nail olub.

O, qitə birinciliklərində bunu bacaran 8-ci oyunçudur. İlk dəfə belə hal 1984-cü ildə baş verib. Əfsanəvi fransalı Mişel Platini qatıldığı yeganə Avropa çempionatının bütün qarşılaşmalarında fərqlənməyi bacarıb.

Avropa çempionatlarının qrup oyunlarının hər üçündə qol vuran futbolçular bunlardır:

AVRO-2020: Kriştiano Ronaldo (Portuqaliya) – 5 qol
AVRO-2016: Qaret Beyl (Uels) – 3
AVRO-2004: Rud van Nistelrooy (Niderland) – 4
AVRO-2004: Milan Baroş (Çexiya) – 3
AVRO-2000: Savo Miloşeviç (Yuqoslaviya) – 4
AVRO-1996: Alan Şirer (İngiltərə) - 4
AVRO-1996: Xristo Stoiçkov (Bolqarıstan) – 3
AVRO-1984: Mişel Platini (Fransa) - 7