15:31 26-06-2021
news_image
140
FUTBOL

“Çelsi”nin futbolçusuna elçi düşdü - “Mançester Siti”

“Aston Villa”dan yarımmüdafiəçi Cek Qriliş və “Tottenhem”dən hücumçu Harri Keyni heyətinə qatmaq istəyən “Mançester Siti” bununla kifayətlənmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu müdafiə xəttini də gücləndirmək istəyir.

“Şəhərlilər” “Çelsi”nin arxa xətt oyunçusu Riis Ceymsə elçi düşüb. Baş məşqçi Pep Qvardiola 21 yaşlı sağ cinah müdafiəçisinin böyük potensialının olduğunu düşünür. Onun bir neçə mövqedə oynamaq bacarığının olması ispaniyalı mütəxəssisin diqqətini çəkir. Bu səbəbdən “şəhərlilər” tezliklə qarşı tərəflə danışıqlara başlayacaq.

Qeyd edək ki, Riis Ceymsin “Çelsi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.