19:40 26-06-2021
news_image
80
FUTBOL

Yenidən “Fənərbaxça”nın prezidenti seçildi - Ali Koç

“Fənərbaxça”da prezident seçkiləri keçirilib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin yeni rəhbəri bəlli olub.

Səsvermədə yeganə namizəd olan Ali Koç 6459 səs toplayaraq, yenidən prezident seçilib.

Qeyd edək ki, Ali Koç ilk dəfə 2018-ci il iyunun 3-də “Fənərbaxça”nın prezidenti vəzifəsinə seçilib.