19:43 26-06-2021
news_image
148
FUTBOL

Daha bir ayrılıq – “Neftçi”də

“Neftçi”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Stiven Jozef-Monrozla yollar ayrılıb.

“Ağ-qaralar”la müqavilə müddəti başa çatan forvardla yeni sözləşmə imzalamamaq qərarı verilib. Fransalı ön xətt oyunçusu “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” yay fasiləsində Ahmed Ahmedov, Anton Krivotsyuk, Səlahət Ağayev, Rener Alves, Keysuke Honda və Bruno Teluşi ilə də vidalaşıb.