00:00 27-06-2021
news_image
217
FUTBOL

“Ronaldo və ya Messi ilə maraqlana bilərik” – Rusiya klubunun rəhbəri

Rusiya “Arsenal”ının rəhbəri Quram Acoyev maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, 60 yaşlı funksioner “Krasnodar”ın müdafiəçisi İqor Smolnikovun mümkün transferini dəyərləndirib.

O, zarafatla hətta Lionel Messi və Kriştiano Ronaldonun keçidinin də mümkünlüyünü vurğulayıb: “İqor yaxşı futbolçudur. Hamı güclü oyunçularla maraqlanır. Bəlkə sabah və ya birigün Ronaldo, ya da Messi ilə maraqlandıq. Yalnız pul kifayət qədər yoxdur”.

Qeyd edək ki, Quram Acoyev 2016-cı ildən “Arsenal”a rəhbərlik edir.