17:07 02-09-2008
news_image
504
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Albasete şəhərində beynəlxalq şahmat turniri start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, I tur Azərbaycan şahmatçıları üçün uğurlu alınıb. İlk turda Loğman Quliyevlə Rəşad Babayev ispan rəqiblərini məğlub ediblər. Təmsilçilərimiz II tur çərçivəsində də yerli idmançılarla qarşılaşacaqlar. 97 şahmatçının yarışdığı turnir sentyabrın 6-da başa çatacaq.