22:15 26-06-2021
news_image
147
FUTBOL

Yeni baş məşqçisi bilindi – “Everton”un

“Everton”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu ispaniyalı mütəxəssis Rafael Beniteslə anlaşıb.

61 yaşlı məşqçi ilə müqavilənin əsas detalları razılaşdırılıb. Liverpul klubu gələn həftə onu baş məşqçi kimi təqdim etməyi planlaşdırır. Benites “Real”ın sükanı arxasına keçən Karlo Ançelottini əvəzləyəcək.

Qeyd edək ki, Rafael Benites son klubu olan Çin təmsilçisi “Dalyan Pro”dan bu ilin yanvarında ayrılıb. O, məşqçilik karyerası ərzində İngiltərədə “Liverpul”, “Çelsi” və “Nyukasl”a rəhbərlik edib.