22:00 26-06-2021
news_image
269
FUTBOL

Ukrayna klubundan ayrıldı – millimizin futbolçusu

Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev klubu “Minay”la vidalaşıb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi feysbuk səhifəsindəki paylaşımı zamanı Ukrayna təmsilçisinə təşəkkürünü bildirib.

O, vida mesajında bunları yazıb: “Mükəmməl və emosional üç il oldu. Prezidentə, məşqçilərə, birlikdə oynadığım bütün futbolçulara, xüsusilə də, azarkeşlərə - hər kəsə təşəkkür edirəm. Sizsiz futbol maraqlı olmazdı. Mənə və komandamıza inanan hər kəsə minnətdaram. “Minay” ailəsinin bir üzvü olduğum üçün sevincliyəm”.

Qeyd edək ki, Anatoli Nuriyevin yeni klubu açıqlanmasa da, onun karyerasını Türkiyədə davam etdirməsi gözlənilir.