23:24 26-06-2021
news_image
183
AVRO-2020

9 ildən sonra təkrarlandı – AVRO-2020

Danimarka millisinin hücumçusu Kasper Dolberq daha bir seriyaya son qoyub.

Apasport.az saytının məlumatına görə, forvard AVRO-2020-nin 1/8 final mərhələsində Uelsin qapısından 2 top keçirməklə bunu bacarıb.

23 yaşlı oyunçu dünya və Avropa çempionatlarında 2012-ci ildən bəri iki və daha çox qol vuran ilk danimarkalı olub. Buna qədər sonuncu dəfə AVRO-2012-də Nikolas Bendtner Portuqaliya (2:3) ilə görüşdə dubl etmişdi.

Qeyd edək ki, Dolberq eyni zamanda 1992-ci ildən bəri ilk dəfə Avropa çempionatının pley-offunda fərqlənən danimarkalı olub.