10:54 27-06-2021
news_image
139
AVRO-2020

Kapitan Niderlandla oyunu buraxa bilər – AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsi öncəsi Çexiya millisi ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, kapitan Vladimir Darida dünənki məşq zamanı zədələnib.

Bu üzdən 31 yaşlı yarımmüdafiəçi bugünkü hazırlığa qatılmayıb. Orta sahə oyunçusunun sabah Niderlandla keçiriləcək matçda iştirakı sual altına düşüb. Daridanın start heyətində yer alacağı, yoxsa ehtiyatda qalacağı oyun saatı bəlli olacaq.

Qeyd edək ki, Niderland – Çexiya görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.