11:40 27-06-2021
news_image
135
FUTBOL

“Real”ı arzulayır – Fransa millisinin müdafiəçisi

“Sevilya”nın müdafiəçisi Jül Kunde karyerasını davam etdirmək istədiyi komandanın adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı mərkəz müdafiəçisi “Real”ın formasını geyinmək arzusundadır.

Hazırda Fransa millisi ilə AVRO-2020-də olan Kunde bu istəyini komanda yoldaşları Kərim Benzema və Kilian Mbappeyə deyib. Mbappe kimi, o da “kral klubu”nu özü üçün ideal klub hesab edir. Ancaq bildirilib ki, futbolçunun transferi “Real”a 60 milyon avrodan ucuz başa gəlməz.

Qeyd edək ki, Jül Kundenin “Sevilya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.