01:12 27-06-2021
news_image
175
AVRO-2020

İtaliya millisi 47 illik rekordunu qırdı – AVRO-2020

İtaliya millisi ən uzun quru seriya rekordunu yeniləyib.

Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” bunu AVRO-2020-nin 1/8 final mərhələsində Avstriya ilə oyunda reallaşdırıb.

90 dəqiqə 0:0 hesabı ilə başa çatdığından, Roberto Mançininin kollektivi qol buraxmadığı dəqiqə sayını 1145-ə çatdırıb. Bununla 1972-1974-cü illərdə ardıcıl 1143 dəqiqə qapısının toxunulmazlığını saxlayan Dino Zoffun rekordu qırılıb. Onun seriyasına Haiti ilə qarşılaşmada son qoyulmuşdu.

Hazırkı seriya zamanı isə İtaliya yığmasında çərçivəni 4 qapıçı qoruyub: Canluici Donnarumma (964 dəqiqə), Salvatore Siriqu (91), Alessio Kranyo (63), Aleks Meret (27).