01:42 27-06-2021
news_image
229
AVRO-2020

Bir seriyaya son, iki yeni rekord – AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsində keçirilən İtaliya – Avstriya matçında qalib əlavə vaxtda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşan görüşün əlavə 30 dəqiqəsində italyanlar rəqibini üstələyərək (2:1) 1/4 finala adlayıblar.

“Skuadra Adzurra” Avropa çempionatları tarixində 8-ci dəfə matçı əlavə vaxta aparmaqla rekord müəyyənləşdirib. Meydanı qalib tərk edən italyanlar sonuncu dəfə 1960-cı ildə Avstriyaya yenilib.

Bundan başqa, Roberto Mançininin komandası məğlubiyyətsiz oyunlar seriyasını 31-ə yüksəldib ki, bu da milli tarixinin ən yaxşı nəticəsidir. Əvvəlki rekord 1935-1939-cu illərdə 30 görüş olub.

Bu rekordların fonunda apenninlilərin 12 oyunluq quru seriyasına son qoyulub. Komanda buna qədər sonuncu dəfə ötən il oktyabrın 14-də Millətlər Liqasında Niderlanddan qol buraxmışdı (1:1).

Son 12 qarşılaşmadakı top fərqi 34:1-dir.

Qeyd edək ki, Roberto Mançinini komandası Portuqaliya – Belçika cütünün qalibi ilə 1/4 finalda qarşılaşacaq.