19:58 27-06-2021
news_image
309
FUTBOL

“Neftçi”yə transfer olundu - “Sumqayıt”dan

“Sumqayıt” futbolçusu Xəyal Nəcəfovla vidalaşıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 

Bildirilib ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi, 2015-ci ildən əsas komandanın şərəfini qoruyan yarımmüdafiəçi Xəyal Nəcəfov yeni mövsümdən onların uğurları üçün çalışmayacaq. Futbolçu “Neftçi”yə transfer olunub. 

Azərbaycan çempionu isə Xəyalla 2 illik müqavilə bağladıqlarını açıqlayıb. 23 yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 97 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, “Sumqayıt” Nəcəfovdan öncə Mehdi Cənnətov, Cabir Əmirli, Mehdi Şərifi və Cavid İmamverdiyevlə də vidalaşıb.