20:21 27-06-2021
news_image
229
TOKİO-2020

Olimpiadadan kənar qaldı – 4 qat çempion

“Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi Serena Uilyams Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu məşhur tennisçinin özü açıqlayıb.

O bildirib ki, Yaponiya paytaxtındakı yarışdan kənarda qalacaq: “Adım iştirakçıların siyahısında yoxdur. Əgər orda varsa da, əslində olmamalıdır”.

Serena Olimpiadaların 4 qat çempionudur. O, bir dəfə fərdi yarışlarda, üç dəfə bacısı Vinusla cütlükdə qalib adına yiyələnib.

Qeyd edək ki, Tokio-2020-nin tennis yarışları iyulun 24-dən avqustun 1-dək keçiriləcək.