22:26 27-06-2021
news_image
158
FUTBOL

Qrizmannı satır – “Barselona”

İspaniyanın “Barselona” klubu Antuan Qrizmannla yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu artıq bu yay La Liqa təmsilçisini tərk edə bilər.

Klubun direktorlar şurasının əksər üzvləri 30 yaşlı forvarda ehtiyac olmadığı qənaətindədir. Koronavirus pandemiyası ilə bağlı maliyyə çətinlikləri olan “Barselona” üçün Qrizmannın satışı həm büdcəyə vəsait gətirə, həm də maaşların ümumi məbləğini azalda bilər. Transferi baş tutacağı halda, Antuanın təxminən 120 milyon avroya satılması gözlənilir.

Qeyd edək ki, Qrizmann “Barselona”ya 2019-cu ildə “Atletiko”dan keçib.