00:00 28-06-2021
news_image
173
AVRO-2020

Niderland millisindən ilk – qapını itirdilər

AVRO-2020-nin 1/8 finalında Çexiyaya 0:2 hesabı ilə uduzan Niderland millisi dünya və Avropa çempionatlarının final mərhələlərində xoşagəlməz ilklə üzləşib.

Apasport.az saytının məlumatına görə, “narıncılar” matç ərzində qapıya zərbə endirməyib.

Oyunda ümumilikdə 7 zərbə vuran Frank de Burun yetirmələri çərçivəyə düşə bilməyib. Bu, tarixində 89-cu dəfə final mərhələsi matçına çıxan yığmanın ilk belə uğursuzluğudur.

Niderlandlılar həm də XXI əsrdə ikinci dəfə qrupdan üç qələbə ilə çıxdığı Avropa çempionatına 1/8 finalda vida edib. 2008-ci ildə qrupda 9 xal toplayan yığmanı 1/4 finalda Rusiya dayandırıb - əlavə vaxtda 3:1.

“Narıncılar” AVRO-2004-dən sonra qitə çempionatlarının pley-offunda qalib gəlməyib. Həmin vaxt 1/4 finalda Niderland İsveçi penaltilərlə keçib.

2008-ci ildə Rusiyaya 1/4 finalda uduzan yığma, 2012-ci ildə qrupda qalıb, 2016-cı ildə final mərhələsinə yüksəlməyib.