10:04 28-06-2021
news_image
150
AVRO-2020

İstefaya göndərilir – de Bur

Niderland millisinin baş məşqçisi Frank de Bur istefaya göndəriləcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna AVRO-2020-dəki uğursuzluq səbəb olub.

Yığmanın 1/8 finalda Çexiyaya 0:2 hesabı ilə məğlub olması federasiya rəhbərliyinin narazılığına səbəb olub. Bu üzdən də 51 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırılması qərara alınıb. Bu istefanın yaxın müddətdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, de Bur bunadək “Ayaks”, “İnter”, “Kristal Pelas” və “Atlanta Yunayted”i çalışdırıb. O, 2020-ci ilin sentyabrına yığmada Ronald Kumanı əvəzləyib.