10:15 28-06-2021
news_image
108
FUTBOL

Braziliyadan ilk itki – Venesueladan vida

Braziliyada təşkil olunan Amerika kubokunda növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, B qrupunda sonuncu – V turun iki matçı baş tutub.

Qrupda 1-ci yeri təmin edən Braziliya ilk xal itkisi ilə üzləşib. Bu heç-heçə Ekvadora 1/4 finala vəsiqə qazandırıb.

Mübarizəni dayandıran Venesuela olub. Peruya məğlubiyyət bunu rəsmiləşdirib. Sonuncular isə qrup ikincisi olub.

Qeyd edək ki, qrup mərhələsinə bu gün yekun vurulacaq. A qrupunda Boliviya Argentina, Uruqvay isə Paraqvayla qarşılaşacaq.

Amerika kuboku
B qrupu, V tur
27 iyun
Braziliya – Ekvador – 1:1

Militao, 37 – Mena, 53
Venesuela – Peru – 0:1
Karrilyo, 48

1

Braziliya

4

3

1

0

10-2

10

2

Peru

4

2

1

1

5-7

7

3

Kolumbiya

4

1

1

2

3-4

4

4

Ekvador

4

0

3

1

5-6

3

5

Venesuela

4

0

2

2

2-6

2