10:52 28-06-2021
news_image
153
FUTBOL

“109 deyil, 111 qol vurmuşam” – Ronaldonun şəriki

“Kriştiano Ronaldonun mənim rekordumu qıracağını gözləyirdim”.

Apasport.az saytının məlumatına görə, bunu İran millisinin sabiq futbolçusu Əli Daei deyib.

Yığmada vurulan qol sayında dünya rekordçusu olan asiyalı AVRO-2020-də ona çatan portuqaliyalı Kriştiano Ronaldonun 110-cu dəfə fərqlənməsini gözlədiyini bildirib. Əli öz qollarının sayının da düzgün olmadığını da gizlətməyib: “Əslində, yığmada 109 deyil, 111 qol vurmuşam. Amma bunun indi heç bir əhəmiyyəti yoxdur. Əminəm ki, oyun üslubuna və səviyyəsinə görə Ronaldo daha çox qol vuracaq. Qəti şəkildə əminəm ki, Kriştiano bu rekorda layiqdir. Belə bir futbolçu mənim rekordumu təkrarlayırsa, bunun özü də bir rekorddur. Bu, mənim üçün şərəfdir. Kriştiano onun kumiri olduğumu deyib. Bunu təvazökarlıqdan etdiyini düşünürəm. Amma ona təşəkkür edirəm”.

Qeyd edək ki, Daei Asiya Oyunlarında Əfqanıstana 2 qol vurub. Lakin FİFA bu turnirdəki qolları hesaba almır. Qurum bu turnirdəki yığmaları Olimpiya milisi kimi qəbul edir.