11:22 28-06-2021
news_image
105
FUTBOL

Avropa rekordunu təkrarladı – Belçika

Belçika millisi Avropa çempionatlarında ardıcıl 14-cü qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Roberto Martinesin yetirmələri bu seriyaya AVRO-2020-də imza atıb.

AVRO-2016-nın 1/4 finalında Uelsə 1:3 hesabı ilə uduzan belçikalılar ardınca keçirdiyi bütün görüşlərdə qalib gəlib. “Qırmızılar” seçmə mərhələdə 10, qrupda 3 dəfə qələbə qazanıbsa, 14-cü uğur 1/8 finalın Portuqaliya ilə görüşündə rəsmiləşib – 1:0.

Bu, Avropa çempionatları tarixinin rekordunun təkrarıdır. Öncə 2 komanda da bunu bacarıb.

Almaniya 2010-12-ci illərdə seçmə və final mərhələlərində 14 dəfə meydandan qalib ayrılıb. İtaliya isə Belçika kimi AVRO-2020-də seçmə mərhələdə 10, final mərhələsində 4 dəfə qələbəyə sevinib. Apenninlilərin son uğursuzluğu da AVRO-2016-nın 1/4 finalında gerçəkləşib. Almaniya ilə matç heç-heçə bitib – 1:1. Yarımfinala da penaltilərdə dəqiq olan (6:5) Bundestim yüksəlib.