16:33 28-06-2021
news_image
124
FUTBOL

Kinqsli Komanla danışıqlara başladı – “Liverpul”

İngiltərənin “Liverpul” klubu Kinqsli Komanın transferi ilə bağlı danışıqlara başlayıb.

Apasprot.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi hücumçunun nümayəndələri ilə əlaqə saxlayaraq transferlə bağlı müzakirələr aparıb.

“Bavariya”nın formasını geyinən futbolçunun atası oğlunun İngiltərədə çıxış etməsini istəyir. Bundesliqa klubu onunla müqaviləni uzatmağa çalışır.

Koman Münhen təmsilçisindəki durumundan narazıdır. Əgər yeni anlaşma əldə olunmasa, “Bavariya” Kinqslini satmalı olacaq. Münhenlilər onun üçün 60 milyon avro almağı planlaşdırır.