13:09 28-06-2021
news_image
119
FUTBOL

Mövsümdə 7-ci zədəsi – ulduz futbolçunun

Belçika millisi AVRO-2020-də ciddi itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsində Portuqaliya üzərində 1:0 hesablı qələbəyə baxmayaraq, aparıcı futbolçular Kevin De Bruyne və Eden Azar sıradan çıxıb.

Maraqlıdır ki, Azar mövsüm ərzində 7-ci dəfə zədələnib. Bunun 6-sı əzələ dartılması olub. Ulduz futbolçu yeddi zədənin beşini sağ ayağından alıb. O, “Real”ın heyətində olarkən 52 mümkün oyunun 21-də iştirak edib, 182 günü zədəli keçirib.

Qeyd edək ki, Eden Azar bir dəfə də koronavirusa yoluxduğu üçün uzun müddət kənarda qalıb.