15:13 28-06-2021
news_image
159
FUTBOL

“Mbappe Halanddan daha uyğundur” - İnyestadan məsləhət

“Barselona”nın əfsanəvi futbolçusu Andres İnyesta Kataloniya klubunun transfer siyasətinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandla PSJ-nin forvardı Kilian Mbappeni müqayisə edib.

O, “Barsa”nın fransalıya diqqəti artırmalı olduğunu söyləyib: “Xarakter baxımından Mbappe “Barselona” üçün Halanddan daha uyğun oyunçu olardı. Kataloniya klubu əsas diqqətini Kiliana yönəltməlidir. Hər ikisi hamının dilində olan ulduz futbolçudur. Bu yay komandalarında qalıb-qalmayacağını görəcəyik”.

Qeyd edək ki, “Barselona”nın kapitanlarından Jerar Pike rəhbərliyin Haland transferinə ciddi önəm verməli olduğunu bildirib.