16:46 28-06-2021
news_image
115
AVRO-2020

Ronaldo onları “bəxtli uşaqlar” adlandırdı – AVRO-2020

AVRO-2020-nin 1/8 final mərhələsində Portuqaliya ilə Belçika arasında keçirilən oyundan sonra birincilərin kapitanı Kriştiano Ronaldonun rəqibin qapıçısı Tibo Kurtuaya dediyi sözlər mətbuata sızıb.

Apasport.az saytının məlumatına görə, CR7 komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından bəxtsizlikdən gileylənib.

36 yaşlı hücumçu belçikalı qolkiperə uğurlar arzulayıb: “Bəxtli uşaqlar. Top bu gün qapıya girmək istəmədi. Uğurlar”.

Qeyd edək ki, Belçika 1/4 final mərhələsində iyulun 2-də İtaliya ilə qarşılaşacaq.