14:20 28-06-2021
news_image
218
FUTBOL

“Hədəfim titulu geri qaytarmaqdır” - Filip Ozobiç

“Yeni müqavilə imzaladığım üçün çox şadam. Ailəm və mən Azərbaycanda çox xoşbəxtik. Burada hər şey ürəyimizcədir. Buna görə də yeni müqavilə imzaladım”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Ağdam təmsilçisi ilə yeni 2 illik müqavilə imzalayan xorvatiyalı pleymeyker klubun rəsmi saytına təəssüratlarını bölüşüb. 30 yaşlı oyunçu yeni mövsümlə bağlı hədəflərindən də söz açıb: “Qarabağ” həmişə olduğu kimi, çempionluq uğrunda mübarizə aparır. Mənim də hədəfim çempionluq titulunu geri qaytarmaqdır. Bu hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əlavə, Konfrans Liqasında da mübarizəyə başlayacağıq. Artıq rəqibimiz də məlumdur. Bu turnirə ciddi yanaşırıq. Burada qrup mərhələsinə düşməyə çalışacağıq. Əsas hədəfimiz budur və istəyimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, Filip Ozobiç “Qarabağ”a 2018-ci ilin yayında “Qəbələ”dən keçib.